Peşə təhsili müəssisələrinə sənəd qəbulu başa çatır 

15:50 30.08.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Peşə təhsil müəssisələrinə tələbə qəbulunun I mərhələsi çərçivəsində müsabiqədən keçən şəxslər üçün sənəd qəbulu bu gün saat 17:00-da başa çatacaq.

Bu barədə hafta.az-a Peşə Təhsili üzrə Dövlət Ağentliyindən məlumat verilib.

 

Bildirilib ki, qəbulun birinci mərhələsində müsabiqədən keçən şəxsin qəbul olunduğu peşə təhsil müəssisəsində bu gün saat 17:00-dək qeydiyyatdan keçməməsi və ya sənədlərini tam təqdim etməməsi onun həmin ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilir.